MDB ölkələrində elmi dərəcələr haqqında sənədlər qarşılıqlı tanına bilər

MDB ölkələrində elmi dərəcələr haqqında sənədlər qarşılıqlı tanına bilər Müstəqil Dövlətlər Birliyi ölkələrində (MDB) elmi dərəcələr haqqında sənədlərin qarşılıqlı tanınması barədə sazişin layihəsinin işlənib hazırlaması təklif edilib. Sazişin bağlanması perspektivləri Rusiyanın elm və ali təhsil naziri Valeri Falkovun MDB ölkələrinin nümayəndələri ilə görüşündə müzakirə olunub.
Rusiya Elm və Ali Təhsil Nazirliyi yanında Ali Attestasiya Komissiyasının (AAK) SSR-də Ali Attestasiya Komissiyasının 90 illiyinə həsr olunmuş “MDB-nin iştirakçısı olan dövlətlərdə elmi dərəcələrinin verilməsi xüsusiyyətləri barədə” mövzusunda iclası keçirilib.
Tədbirlərdə elmi və elmi-pedaqoji kadrlarının attestasiya orqanlarının rəhbərləri, Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan və Özbəkistandan olan digər nümayəndələr iştirak ediblər.
AAK sədri, MDB-nin iştirakçısı olan dövlətlərin təhsil sahəsində Əməkdaşlıq üzrə Şuranın üzvü Vladimir Filippov birlik ölkələrinin elmi və elmi-pedaqoji kadrlarının milli attestasiya sistemlərinin vəziyyəti və inkişaf perspektivlərinin öyrənilməsi üzrə aparılmış araşdırmanın analitik materiallarını təqdim edib.
Öz növbəsində MDB-nin iştirakçısı olan dövlətlərin attestasiya orqanlarının rəhbərləri öz ölkələrində elmi kadrların attestasiya sistemlərinin inkişafı istiqamətləri barədə məlumat veriblər və elmi dərəcələr haqqında sənədlərin qarşılıqlı tanınması barədə sazişin layihəsinin hazırlanması üzrə gələcək fəaliyyəti dəstəkləyiblər.

Tehsil-press.az



Oxşar xəbərlər