Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri, professor Famil Mustafayevlə görüş keçirilib.
Professor-müəllim heyətinin və gənc tədqiqatçıların iştirak etdikləri tədbiri açan rektor, akademik Kamal Abdulla öz fəaliyyətində elm və təhsilin vəhdətini əks etdirən, ölkəmizdə elmi potensialın inkişafına xidmət göstərən Ali Attestasiya Komissiyasının yeni rəhbərliyinin fəaliyyətindən danışıb. O, Ali Attestasiya Komissiyasının işindəki yeniliklərdən, onun nüfuzunun bərpa olunması və daha da möhkəmləndirilməsi, elmi adların və dərəcələrin verilməsi prosesinin şəffaflaşdırılması və təkmilləşdirilməsi, müasir standartlara uyğunlaşdırılması istiqamətində atılan addımlardan bəhs edib.
Bildirilib ki, Ali Attestasiya Komissiyası yeni tələbləri və təklifləri ilə işin keyfiyyət məsələsinin artmasına, kəmiyyətin deyil, məhz keyfiyyətin ön planda olması yönündə son dərəcə vacib və əhəmiyyətli qərarlar qəbul edib. Bu qurum əlindən gələn işi ən yüksək səviyyədə görür və bu da son vaxtlar müdafiə işlərində, seminarlarda və elmi məqalələrin elmi çəkisində müşahidə olunur. Son vaxtlar elmə olan marağın artması, yeni elmi biliklərin meydana gəlməsi və bu istiqamətdə mövcud vəziyyətin tələblərinə uyğun elmi işlərin təqdim olunması təqdirəlayiq haldır. Bu, həm Azərbaycan elminin dünya elmi ilə ayaqlaşması məsələsində, həm də müasir elmi texniki tərəqqinin bilavasitə iştirakçısı olması üçün əlverişli zəmin yaradır. Ona görə də gənclərin elmə, təhsilə yönəlməsi, ilk növbədə, bu işdə sadələşmənin və təkmilləşmənin aparılmasını zəruri edir.
Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayev rəhbərlik etdiyi qurumla ADU arasında qarşılıqlı əməkdaşlığın universitetin elmi potensialının möhkəmlənməsinə, elmi araşdırmaların səviyyəsinin yüksəldilməsinə xidmət edəcəyinə əmin olduğunu bildirib. O, Komissiyanın fəaliyyətinin yenidən təşkili ilə bağlı atılan addımların ölkə rəhbərinin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən struktur dəyişikliklərinin ayrılmaz tərkib hissəsi olduğunu deyib, elmi dərəcə və adların verilməsi prosesini tənzimləyən yenilənmiş normativ sənədlər, prosedur qaydalar və təlimatlar barədə geniş məlumat verib. Qeyd edib ki, hər sahədə olduğu kimi, elm sahəsində də yeniliklərin və müasir normativ tələblərin yerinə yetirilməsinə ehtiyac var. Bu mənada təklif olunan yeniliklər və tələblər çox önəmlidir. Gənc alimlərin yetişməsində və onların elmi bacarıqlarının daha da inkişaf etdirilməsində bu dəyişikliklərin müstəsna rolu olacaq.
Qəbul olunan yeni normativ aktlar və qəbul prosesi ilə bağlı dəyişikliklər slayd şəklində tədbir iştirakçılarına təqdim olunub. Əsas müzakirələr elmi məqalələrin xarici jurnallarda dərc edilməsi, seminarların təşkilində heyətin sayı və tərkibi haqqında olan tələblər ətrafında aparılıb.
ADU-nun prorektoru, professor Novruz Məmmədov qeyd edib ki, elmin və təhsilin yeni prinsip və qanunlarla tənzimlənməsi, beynəlxalq səviyyədə əlaqələrin qurulması bu sahədə qabaqcıl mütəxəssislərin hazırlanmasına və onların gələcəkdə ölkənin elm, təhsil və digər sahələrdə faydalı olmaları üçün mühüm bir addımdır. Bu baxımdan Ali Attestasiya Komissiyası öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Tehsil-press.az