Dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyev ana dilimizin qorunması, inkişafı və gələcək nəsillərə saf və düzgün şəkildə çatdırılması üçün əvəzsiz xidmətlər göstərmişdir. Ulu Öndər doğma dilimizin mühafizəsini hər bir vətəndaşın başlıca vəzifəsi hesab edirdi. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”, - deyən Heydər Əliyev Azərbaycan dilini ən böyük sərvətimiz adlandırırdı.
Ümummilli Lider ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qoruyurdu, dövlət dilinə dair mühüm qərarlar verirdi. 2001-ci ildə imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman isə yalnız cari bir sənəd deyil, xüsusi tarixi əhəmiyyət daşıyan böyük siyasi hadisə idi. Məhz Ulu öndər Heydər Əliyevin yürütdüyü dil siyasətinin nəticəsində bütün dövlət və qeyri-hökumət təşkilatlarında, indiyə qədər Azərbaycan dilindən istifadə etməmiş qurumlarda dövlət dili,
sözün həqiqi mənasında, bərqərar edildi. Eləcə də, latın qrafikasına keçid prosesi başa çatdırıldı. Ulu Öndər ziyalılarımızı, xalqı ana dilini dövlət dili kimi yaşatmaq hüququ uğrunda mübarizəyə cəlb edirdi. Çünki Heydər Əliyev bilirdi ki, dil millətin, xalqın varlığını müəyyənləşdirən amillərdən biridir. Azərbaycan dilinin ən böyük mühafizəkarı olması dahi şəxsiyyətin öz xalqına olan sonsuz sevginin göstəricisi idi.
Hər bir xalqın milli dəyərlərinin ən vacibi onun dilidir. Dil həyatımızın ümdə vasitələrindən biri kimi hər zaman əhəmiyyətlidir. Digər tərəfdən, dil həmçinin dövlətlərarası münasibətlərin qurulmasında başlıca faktorlardan biridir. Azərbaycan dilinin incəliklərinə bələd olan Ulu Öndər dövlət idarəçiliyi sistemində işləyənlərdən də bunu tələb edirdi, bunu dövlətə məhəbbətin təminatı, təsdiqi kimi dəyərləndirirdi.
Ümummilli Liderin Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində çoxşaxəli fəaliyyyətinə nəzər salanda görürük ki, dilçi alimlərə yüksək qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı. Eyni zamanda, beynəlxalq auditoriyalarda hər vaxt öz ana dilində çıxış etməsi dilimizin ən böyük təbliğatçısı olduğunun isbatıdır. “Nə yaxşı ki, Azərbaycan dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun böyük potensialı imkan verib ki, o, artıq dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur”, - ifadəsi də böyük öndərimizə məxsusdur.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi
Osman Əhmədzadə
Osman Əhmədzadə