ATMU tələbələri DAAD proqramından faydalanırlar

ATMU tələbələri DAAD proqramından faydalanırlar Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Almaniyanın Yade Tətbiqi Elmlər Universiteti arasında 15 il əvvəl bağlanmış əməkdaşlıq üzrə anlaşma memorandumu universitetin tələbə kontingentinin DAAD təqaüdlü proqramından faydalanmasına təkan verib.
Turizm və qonaqpərvərlik fakültəsinin turizm işinin təşkili ixtisasının II və III kurs tələbələri Fəxriyyə Şirvanlı və Kamran Kərimov DAAD yay məktəbində intensiv alman dili kurslarının, eləcə də Almaniya mədəni əlaqələrinin öyrənilməsini şərtləndirən tədbirlərin iştirakçıları olublar. Onlar mədəni-kütləvi ekskursiyalar zamanı Vyetnam, Qana, Kolumbiya və Braziliyadan olan tələbələrlə birlikdə Almaniyanın Heidepark Soltau, Universum Bremen ərazilərini ziyarət ediblər.
Hazırda Fəxriyyə Şirvanlı və Kamran Kərimov DAAD təqaüdlü proqram çərçivəsində təhsillərini Yade Tətbiqi Elmlər Universitetində turizm ixtisası üzrə davam etdirirlər.

Tehsil-press.az

Oxşar xəbərlər