Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin nümayəndələri Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə həyata keçirilən “Avstriya – Azərbaycan Beynəlxalq Turizm”(AATP) proqramı çərçivəsində ATMU-da olublar.
Avstriya IMC Krems Tətbiqi Elmlər Universiteti nümayəndələrinin ölkəmizə budəfəki səfərinin məqsədi AASCB (Kollec Biznes Məktəblərini İnkişaf etdirmə Assosiasiyası) üzrə beynəlxalq təhsil sertifikatının əldə olunmasını şərtləndirən məsələləri müzakirə etmək və fikir mübadiləsi aparmaq olub. Müzakirələr zamanı ATMU və Dövlət Turizm Agentliyinin (DTA) məsul şəxsləri tərəfindən təkliflər irəli sürülüb. Həmçinin növbəti iki il ərzində icrası nəzərdə tutulan müştərək işlər və fəaliyyət planı müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasında önəmli beynəlxalq təhsil layihələrindən biri kimi dəyərləndirilən AATP proqramı çərçivəsində indiyədək ATMU-nun tələbə məzunlarından 280 nəfəri məhz ingilis dilində turizm ixtisasına yiyələnib və beynəlxalq təhsil diplomu alıb.
Tehsil-press.az