HƏMAS-ın siyasi bürosunun ilk qadın üzvü zərərsizləşdirilib

HƏMAS-ın siyasi bürosunun ilk qadın üzvü zərərsizləşdirilib İsrail ordusunun Qəzzaya zərbələri zamanı HƏMAS radikal hərəkatının siyasi bürosunun ilk qadın üzvü Cəmilə əş-Şanti zərərsizləşdirilib.
Bu barədə məlumatı Qəzzadakı mənbələrə istinadən “Arabi21” portalı yayıb.
HƏMAS hələ ki məlumatı təsdiq etməyib.
Qeyd edək ki, əş-Şanti HƏMAS hərəkatının təsisçilərindən biri Abdel Əziz Rantisin həyat yoldaşı olub. O, 2004-cü ildə dünyasını dəyişdikdən sonra əş-Şanti fəaliyyətini davam etdirib. O, əsas olaraq Qəzzada təşkilatın qadınlar üzrə qolunun rəhbəri olub.

Tehsil-press.az



Oxşar xəbərlər