İlahiyyat İnstitutunda "Açıq mikrofon" günü - tələbələrin təklifləri dinlənilib

İlahiyyat İnstitutunda Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Açıq mikrofon” günü təşkil olunub.
III və IV kurs tələbələrinin iştirak etdikləri tədbirdə Aİİ-nin rektoru Aqil Şirinov gənclərə tövsiyələrini verib, onları dərslərdə daha fəal olmağa çağırıb. “Ölkədə yeganə tam ödənişsiz təhsil verən ali məktəbdə tələbələrin yüksəkixtisaslı kadr kimi yetişməsi üçün lazımi şərait yaradılıb. Çalışın, yaradılan şəraitdən maksimum yararlanasınız. Gələcəkdə ilahiyyat sahəsi üzrə peşəkar mütəxəssis olmaq istəyirsinizsə, təsis edilən peşə hazırlığı, ərəb dili kurslarında, eyni zamanda, dərslərdə hədis, əqaid, təfsir və digər İslam elmləri ilə əlaqədar oxunan klassik mətnlərin tərcüməsində fəal iştirak edin”,- deyə rektor vurğulayıb.
Sonra tələbələrin təklifləri dinlənilib, onların sualları cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər