Çin Xalq Respublikasının (ÇXR) Anhui Universitetinin vitse-prezidenti Jou Feinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
Görüşdə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev nümayəndə heyətinə BDU-nun tədris, elmi fəaliyyəti, beynəlxalq əlaqələri ilə bağlı məlumat verib, iki ali məktəb arasında əməkdaşlıq münasibətlərinin inkişaf etdirilərək yeni müstəviyə keçirilməsinin vacibliyini vurğulayıb.
Rektor, həmçinin BDU ilə Anhui Universiteti arasında bakalavriatura səviyyəsində Çin filologiyası ixtisası üzrə ikili diplom proqramının yaxın zamanlarda imzalanması və gələcəkdə bu proqramın üçlü diplom proqramına çevrilməsi imkanları haqqında danışıb.
E.Babayev ortaq mədəni tədbirlərin, forumların, elmi konfransların keçirilməsinin, birgə elmi qrantlara müraciət edilməsinin vacibliyini qeyd edib.
Jou Fei BDU-nun rektorunu Anhui Universitetinə səfərə dəvət edib. O, BDU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun qazandığı uğurlardan danışıb və Anhui Universiteti haqqında ətraflı məlumat verib, universitetin 130-dan çox region və ölkə ilə beynəlxalq səviyyədə əməkdaşlıq etdiyini vurğulayıb.
Tehsil-press.az