Litva Rusiyanın bu qərarına etiraz etdi

Litva Rusiyanın bu qərarına etiraz etdi Litva Vladimir şəhərində Litva Katolik Kilsəsinin lideri, arxiyepiskop Mecislovas Reynisin şərəfinə qoyulmuş xatirə lövhəsinin götürülməsi ilə bağlı Rusiyaya etiraz edib.
Bu barədə Litva Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Oktyabrın 24-də Rusiyanın Litvadakı müvəqqəti işlər vəkili Aleksandr Yelkin Xarici İşlər Nazirliyinə çağırılıb və ona keçmiş xarici işlər naziri, arxiyepiskop Mecislovas Reynisin xatirəsinə həsr olunmuş xatirə lövhəsinin dağıdılması ilə bağlı etiraz notası təqdim edilib”, - bəyanatda qeyd olunub.
Litva XİN də xatirə lövhəsinin dərhal bərpasını tələb edib. Rusiyanın Vilnüsdəki səfirliyi notanın çatdırılması faktını “TASS”a təsdiqləyib.

Tehsil-press.az



Oxşar xəbərlər