Rusiyadan Fransaya etiraz notası

Rusiyadan Fransaya etiraz notası Rusiyanın Parisdəki səfirliyi Fransa Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
Buna səbəb bir neçə həftə əvvəl Fransanın Mülki Təhlükəsizliyi Baş İdarəsinin helikopterinin Rusiyanın diplomatik nümayəndəliyinin üzərində uçması və oranın gizli şəkillərinin çəkilməsidir.
Bununla əlaqədar səfirlik Fransa Xarici İşlər Nazirliyindən izahat tələb edib.
Qeyd olunur ki, Fransa tərəfi bu vəziyyətlə bağlı cavab verməyib.

Tehsil-press.az



Oxşar xəbərlər