M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı baş texnik vəzifəsinə işə qəbul elan edir

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı baş texnik vəzifəsinə işə qəbul elan edir M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı baş texnik vəzifəsinə işə qəbul elan edir.
Bu barədə MDU-nun Bakı filialından məlumat verilib.
İş barədə məlumat:
• Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz
vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
• Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
• İstehsalatın texniki hazırlığını təmin etmək və ehtiyac olduğu təqdirdə təmir üçün siyahı tutulmasında iştirak etmək;
• İdman zalı və ərazidə köməkçi binalara təhkim olunmuş texniki heyətin işinə nəzarət etmək;
• İdman zalının və ərazidə köməkçi binaların təmizliyini, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin etmək;
• İdman zalına gələn əməkdaşlar və tələbələr üçün cədvəl, qrafik və başqa texniki sənədləri tərtib etmək;
• Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflər vermək, onların tətbiqinə kömək etmək.
İş qrafiki: 6 günlük
• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00
• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
• Ərazi: Xocasən qəsəbəsi
Namizədə aid tələblər:
• Təhsil: Ali (mühəndis, texnik və ya oxşar sahələr üzrə)
• Yaş: 25 – 50
• Dil biliyi: Azərbaycan və rus dili (vacibdir)
• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini məktubun “mövzu” bölməsində vakant vəzifənin adını qeyd etməklə [email protected] ünvanına 2023-cü il noyabrın 15-dək göndərə bilərlər.

Tehsil-press.az



Oxşar xəbərlər