Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev, həmin kafedranın dosentləri Gülnar Məmmədli, Çingiz Əliyev, baş müəllimlər Həlilə Məmmədova, Firuzə Raşova və müəllim Səbinə Qasımova Çin Milli Qida və Fermentasiya Tədqiqatı İnstitutu tərəfindən keçirilən “Azərbaycan Respublikasında spirtli içkilərin dövriyyəsinin idarə edilməsi və təşviqi” mövzusunda onlayn beynəlxalq seminarda iştirak ediblər.
Seminarda dosent Novruz Quliyev Azərbaycanın ərazisi, coğrafiyası, flora və faunası, ölkəmizdə yetişdirilən üzüm sortları, həmçinin şərabçılıq üzrə ixtisaslaşan müəssisələrin fəaliyyəti barədə məlumat verib, həmçinin ATMU-nun fəaliyyətindən söz açıb.
Elmi-tədqiqat institutlarının, sənaye və ali təhsil müəssisələrinin nümayəndələrinin qatıldığı seminar dekabrın 20-dək davam edəcək.
Tehsil-press.az