“Bu türkdilli ölkələrin dünyaya bir mesajı idi” - Millət vəkili

“Bu türkdilli ölkələrin dünyaya bir mesajı idi” - Millət vəkili “Astanada keçirilən budəfəki toplantı digər toplantılardan fərqlənir. Türk dövlətlərinin son 30 ildəki münasibətlərinə baxsaq, çox fərqli şeylər görə bilərik”.
Bu fikirləri ARB24 telekanalına müsahibəsində millət vəkili Cavanşir Feyziyev bildirib.
Millət vəkili vurğulayıb ki, bunun səbəbi odur ki, Azərbaycanın Qarabağdakı zəfəri münasibətlərin daha da yaxınlaşmasına səbəb olub.
“Qarşılıqlı münasibətlərin canlanması Qarabağ münaqişəsindən asılı idi. Azərbaycan da bu münaqişəni sona çatdırdı. Türkdilli ölkələrin X Yubiley Sammiti keçirilir. Bu sammitdə bütün dünyaya bir mesaj verildi. Mən əminəm ki, bu Zirvə görüşündə türk dövlətləri vahid platformadan çıxış edərək dünyaya öz mesajlarını çatdırıb“- deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videomatrealda:



Tehsil-press.az


Oxşar xəbərlər