Knessetdə Ərdoğanı təbrik etdilər, ara qarışdı

Knessetdə Ərdoğanı təbrik etdilər, ara qarışdı İsrail parlamentində (Knesset) bu gün keçirilən iclasda millət vəkilləri arasında qalmaqal düşüb.
Birləşmiş Ərəb Siyahısı Blokunun millət vəkili Talib Əbu Arar çıxışı zamanı dünən prezident seçkilərində qalib gələn Rəcəb Tayyib Ərdoğanı təbrik edib:
“Türk xalqı və Ərdoğan böyük uğur əldə etdi. Kin bəsləyənlərə baxmayaraq onu təbrik edirəm. Allaha həmd olsun ki, Türkiyə müstəqil və suveren ölkədir. Mübarək olsun”.
Fələstin əsilli digər millət vəkili Əbdülhakim Hav Yəhya da Ərdoğanı təbrik edib.
Onların bu çıxışları yəhudi millət vəkillərinin sərt reaksiyalarına səbəb olub. Onlar ərəb deputatların sözlərini yarımçıq kəsməyə cəhd ediblər.
Qeyd edək ki, Birləşmiş Ərəb Siyahısı Bloku İsrail tərəfindən işğal edilmiş Fələstin torpaqlarında yaşayan fələstinlilər tərəfindən qurulub. Knessetdə 13 deputatla təmsil olunur.

Tehsil-press.az


Oxşar xəbərlər