Bakı Ali Neft Məktəbi (BANM) ilə İsveçrənin UBIS Universiteti arasında birgə MBA proqramı barədə əməkdaşlığa dair müqavilə imzalanıb.
Müqavilənin məqsədi iki ali təhsil müəssisəsi arasında tədris və akademik sahələrdə tərəfdaşlıqdır. Sənəddə UBIS-in təhsil proqramları əsasında BANM-də MBA üzrə ikili diplom proqramlarının həyata keçirilməsi nəzərdə tutulub.
Əməkdaşlıq müqaviləsi BANM tərəfindən UBIS-in Biznes Təhsili üzrə Beynəlxalq Akkreditasiya Şurası (IACBE) və gələcəkdə digər akkreditasiya qurumları tərəfindən təsdiq olunacaq təhsil proqramlarının həyata keçirilməsini təmin edir. BANM də öz növbəsində UBIS-in təhsil proqramlarını yüksək keyfiyyətlə tədris edəcək.
Müqaviləni Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və UBIS Universitetinin baş direktorunun müavini, kommersiya məsələləri üzrə direktor Rafael Salazar imzalayıblar.
Onlayn formatda keçirilən görüşdə rektor E.Qasımov BANM və UBIS arasında imzalanan müqavilənin əhəmiyyətini vurğulayıb və bildirib ki, bu əməkdaşlıq hər iki ali məktəb üçün faydalı olacaq. Rektor UBIS Universitetinin rəhbərliyini BANM-ə dəvət edib.
BANM-in Biznesin idarə olunması üzrə tədris mərkəzinin müdiri Rövşən Budaqov birgə əməkdaşlıq çərçivəsində MBA proqramında həyata keçiriləcək tədris prosesi barədə məlumat verib. O vurğulayıb ki, beynəlxalq əməkdaşlıq ali təhsil müəssisələrinin gələcək uğurunun açarıdır.
Müqavilənin hər iki ali məktəb üçün bir fürsət olduğunu qeyd edən UBIS-in Baş direktorunun müavini Rafael Salazar qeyd edib ki, bu fürsətdən hər iki ali məktəbin tələbələri yüksək səviyyədə yararlana biləcəklər.
İsveçrənin Cenevrə şəhərində yerləşən UBIS Universitetində biznes administrasiyası və beynəlxalq münasibətlər sahəsində yüksək səviyyədə bakalavr (BBA, BAIR), magistr (MBA, MAIR) və doktorant hazırlığı həyata keçirilir. UBIS-də dünyanın 40 ölkəsindən olan tələbələr təhsil alır. UBIS tələbələrə Cenevrə ilə yanaşı, 20 ortaq kampusda təhsil almaq seçimi verir. ABŞ və digər xarici ölkələrdə İş və Beynəlxalq Münasibət proqramlarının tədarükü üzrə tam akkreditasiya almış ilk İsveçrə təhsil qurumudur.
Tehsil-press.az