Tramp Zelenskinin dəvətini qəbul etməyib

Tramp Zelenskinin dəvətini qəbul etməyib ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskinin ölkəyə səfər etməklə bağlı dəvətini qəbul etməyib.
“Mən Prezident Zelenskiyə hörmət edirəm, lakin hesab edirəm ki, indi Ukraynaya getmək yersiz olardı. Hazırda onunla Bayden administrasiyası müzakirələr aparır və mən maraqların toqquşmasına səbəb olmaq istəmirəm”, - deyə sabiq Prezident qeyd edib.
Xatırladaq ki, Zelenski “NBC” telekanalına müsahibəsində Trampı Ukraynaya dəvət edib və bildirib ki, ona Rusiya-Ukrayna münaqişəsini bir sutka ərzində həll edə bilməyəcəyini 24 dəqiqə ərzində izah edəcək. Belə ki, Tramp dəfələrlə qeyd edib ki, 2024-cü ildə ABŞ Prezidenti seçilərsə Ukraynadakı münaqişəni 24 saat ərzində həll edə bilər.

Tehsil-press.az



Oxşar xəbərlər