TESS orbital teleskopu əsas missiyası çərçivəsində bütün tapşırıqları yerinə yetirib, gecə səmasının xəritəsini 75 faiz təfsilatı ilə çəkib və Günəş sistemindən kənarda indiyədək məlum olmayan onlarca planeti kəşf edib.
Bu barədə ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) Qoddard adına Kosmik Uçuşlar Mərkəzinin (GSFC) mətbuat xidməti məlumat yayıb. Kosmik Uçuşlar Mərkəzində TESS layihəsinin elmi rəhbəri Patrisiya Boyd deyib: “Teleskopumuz iki ildir çox keyfiyyətli müşahidə aparır, ən müxtəlif elmi problemləri öyrənən həmkarlarımız üçün maraqlı olacaq məlumatlar əldə edir. TESS-in genişlənmiş missiyasını işə salaraq, deyə bilərik ki, onun əsas hissəsi uğurla başa çatıb”.
Ekzoplanetləri müşahidə etmək üçün nəzərdə tutulan TESS orbital teleskopu kosmosa 2018-ci ilin aprelində göndərilib. O, 2009-cu ildə kosmosa göndərilmiş və 8 il ərzində dörd mindən çox ekzoplanet kəşf etmiş Kepler teleskopunu əvəz edir.
Fəaliyyətinin birinci mərhələsində səmada Qu və Lira bürclərinin kəsişməsində yerləşən hissəni müşahidə etmiş Keplerdən fərqli olaraq, TESS əsas və genişlənmiş missiyası zamanı Qalaktikanın müxtəlif hissələrini müşahidə edərək “sərbəst rejimdə” işləyəcək.
Belə ki, iki il ərzində artıq 66 təsdiqlənmiş ekzoplanet kəşf edilib və 2 mindən çox namizəd aşkarlanıb. Bunların bir hissəsi çox parlaq səma cisimlərinin kənarlarında aşkarlanıb ki, onları Kepler prinsipcə müşahidə edə bilməyib. Alimlərin gözləntilərinə görə, TESS 2022-ci ilin sentyabrında başa çatacaq genişlənmiş missiyası müddətində daha çox obyekt kəşf edəcək. Missiya çərçivəsində, teleskop əvvəlcə səmanın cənub hissəsini təkrar öyrənəcək, sonra bizim Günəş sistemi müstəvisindən baxdığımız ulduzlarda ilk dəfə olaraq planet aşkarlamağa çalışacaq. Astronomların fikrincə, bu müşahidələr onlara digər ulduzlarda Yerin analoqunu tapmağa kömək edəcək.
Tehsil-press.az