Məktəblərdə Azərbaycan dili fənninin tədrisindəki mövcud vəziyyət müzakirə olunub

Məktəblərdə Azərbaycan dili fənninin tədrisindəki mövcud vəziyyət müzakirə olunub Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində 47 nömrəli tam orta məktəbin müəllim və şagirdləri ilə görüş keçirilib.
Mərkəzin direktoru professor Sevinc Əliyeva Azərbaycan dili fənninin tədrisindəki mövcud vəziyyətdən, uğurlardan və problemlərdən bəhs edib. O, 2023–2024-cü tədris ilində Azərbaycan dili üzrə dərs saatlarının artırılmasını, eyni zamanda, rus bölmələrində Azərbaycan tarixi, Zəfər tarixi, Azərbaycan ədəbiyyatı, musiqi, çağırışaqədərki hazırlıq fənlərinin doğma dilimizdə tədris olunmasını yüksək qiymətləndirib.
47 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə Rüstəmova Azərbaycan dilinin saflığının qorunması istiqamətində görülən işlərdə fəal iştirak etməyə hazır olduqlarını bildirib, uğurlu əməkdaşlığın təməli olacaq bu tədbirin tərəflər arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb.
Tədbirdə, həmçinin Azərbaycan dilinin tədrisi prosesində müəllimlərin qarşılaşdıqları mübahisəli məsələlər müzakirə olunub, Mərkəzin əməkdaşları tərəfindən şagirdlərin sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər