Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin budəfəki qonağı Türkiyə Vəkilləri Kollegiyasının insan haqları və gender bərabərliyi komissiyalarının üzvü, “Ekmen” hüquq və konsaltinq şirkətinin rəhbəri Səidə Ekmen olub.
Tədbirdə Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi, təbliği, tətbiqi ilə bağlı görülən işlərdən və bu sahədəki çətinliklərdən söz açılıb. Həmçinin hüquq sahəsi ilə bağlı sənədlərin türk dilinə tərcüməsi zamanı ortaya çıxan problemlər diqqətə çatdırılıb.
Tədbiri Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva açaraq mərkəzin fəaliyyət istiqamətləri, görülən işlər və həyata keçirilən beynəlxalq layihələr barədə ətraflı məlumat verib. O, ölkə hüdüdlarından kənarda Azərbaycan dilinin tədrisi, təbliği məqsədilə soydaşlarımızın lazımi dərslik və vəsaitlərlə təmin olunmasını diqqətə çatdırıb.
Sevinc Əliyeva bu sahədə olan boşluqların aradan qaldırılması istiqamətində xaricdə yaşayan soydaşlarımızla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Səidə Ekmen Monitorinq Mərkəzinin fəaliyyətini yaxından izlədiyini və qısa zamanda görülən işləri təqdir etdiyini söyləyib. Doğma dilimizə, Vətənimizə bağlılığını vurğulayan qonaq milli dəyərlərimizi tanıtmaq məqsədilə yaratdıqları “2018 Hərəkatı”nın həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Bununla yanaşı, sənədlərin türk dilinə tərcüməsi zamanı həmyerlilərimizin qarşılaşdıqları çətinliklər, ümumiyyətlə, hüquq, məhkəmə, ticarət sahəsində hazırlanan sənədlərdəki terminlərlə bağlı mövcud problemlərdən bəhs edib. Həmin çətinliklərin aradan qaldırılması üçün azərbaycanca-türkcə hüquq terminləri lüğətlərinin hazırlanmasının zəruriliyi vurğulanıb.
Tədbirdə lüğətin hazırlanması ilə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.
Görüşün sonunda Sevinc Əliyeva azərbaycançılıq ideologiyası ətrafında birləşən, dövlətimizin dil siyasətinə sadiq olan hər bir kəsin təklifini dinləməyə və onları sıralarında görməyə hazır olduğunu söyləyib.
Tehsil-press.az