Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı mandatının daha bir il uzadılmasına dair qanun layihəsi TBMM-də qəbul olunub

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı mandatının daha bir il uzadılmasına dair qanun layihəsi TBMM-də qəbul olunub Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı mandatının noyabrın 17-dən etibarən daha bir il uzadılmasına dair qanun layihəsi Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul olunub.
Qanun layihəsi TBMM-ə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə göndərilib.
Qeyd edək ki, qanun layihəsində işğal altındakı torpaqlarının azad olunması uğrunda mübarizədə qazandığı uğur və bunun nəticəsində bölgədə yaranan yeni şərtlərlə bağlı Azərbaycanın Ermənistan və Rusiya ilə 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli Bəyanatda nəzərdə tutulan fəaliyyətlərin davam etdiyi bildirilib.
Azərbaycanın bu il sentyabrın 19-20-də həyata keçirdiyi antiterror tədbirlərindən sonra Qarabağdakı qeyri-qanuni separatçı birləşmələrin və onlara bağlı silahlı qrupların fəaliyyətinə tamamilə son qoyulduğunun qeyd edildiyi sənəddə Azərbaycan ilə Ermənistan arasında hələlik sülh razılaşması imzalanaraq məsələnin yekun həllinə gəlinmədiyi diqqətə çatdırılıb.
Qanun layihəsində beynəlxalq hüququn normaları və qanuni suverenlik haqları əsasında ərazi bütövlüyü də daxil olmaqla, bütün hüquqlarını müdafiə edə bilməsi üçün prosesin əvvəlindən etibarən Azərbaycana güclü dəstək verən Türkiyənin bölgədə sülhün və sabitliyin qorunması, möhkəmləndirilməsi və bunun asanlaşdırılması üçün iqtisadi infrastrukturun inşasına mühüm töhfələr verildiyi xatırlanıb.
Eyni zamanda, qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin də xidmət etdiyi Birgə Monitorinq Mərkəzinin fəaliyyəti uğurla davam edir və Türkiyə Mərkəz vasitəsilə bölgənin təhlükəsizliyinə, eləcə də tərəflər arasında etimadın qurulmasına töhfə verir.

Tehsil-press.az


Oxşar xəbərlər