BDU əməkdaşı Estoniyada keçirilən beynəlxalq seminarda məruzə edib

BDU əməkdaşı Estoniyada keçirilən beynəlxalq seminarda məruzə edib Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Lalə Qəhrəmanlı Estoniyanın Tallin şəhərində keçirilən “Fotovoltaika üçün qeyri-üzvi halkogenidlər” adlı I Beynəlxalq seminarda iştirak edib.
L.Qəhrəmanlı seminarda “Yeni tipli Ag-Ag2S-CdS halkogenid nanotellərinin asan sintezi və onların fiziki xassələri” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə dünyanın aparıcı universitetlərindən dəvət olunmuş məruzəçilər fotovoltaik materiallar, günəş batareyaları haqqında ən müasir tədqiqat işlərindən bəhs edən mühazirələr oxuyub və müzakirələr aparıblar.

Tehsil-press.az



Oxşar xəbərlər