Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməlik Mərkəzində 27 Mart – Azərbaycan Respublikasında Elm Günü ilə bağlı silsilə seminarlar çərçivəsində “Müasir elmi problemlər, perspektivlər” mövzusunda təqdimatlar keçirilir.
Seminarlarda Mərkəzin nəzdində olan elmi-tədqiqat laboratoriyalarının əməkdaşları mövzu üzrə təqdimatlarını auditoriyanın diqqətinə çatdırırlar.
Növbəti seminarda Mərkəzin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi professor İmaməddin Əmiraslanov “Kristallar, kvazikristallar və türk xalq sənəti” mövzusunda məruzə ilə çıxış edib.
Məruzə həm dərin elmi, həm də qədim türk mədəniyyətini özündə birləşdirib. Çıxışda amorf maddələrə xas olan nizamsızlıq, müəyyən quruluşa malik kristalların nizamlılığı, onların simmetriyası, növləri və periodik quruluşları haqqında ümumi məlumat verilib. Bərk maddənin məlum olan cəmi iki halı ilə yanaşı (amorf və kristal halı), fərqli, bu halları özündə birləşdirən üçüncü - kvazikristal halı haqqında maraqlı faktlardan söz açılıb. Onların quruluş baxımından özəllikləri dinləyicilərə izah edilib. Seminarda kvazikristalları kəşf etdiyinə görə israilli alim Dan Şehtmanın 2011-ci ildə kimya üzrə Nobel mükafatına layiq görüldüyü bildirilib.
Seminarda həmçinin aperiodiklə bağlı riyazi sual, Penrose torları (aperiodik torlar), Alan Makayın simulyasiyaları, habelə aperiodik və periodik xarakterli dekorativ tətbiqi sənət nümunələri barədə fikirlər şərh olunub.
Sonra dinləyicilərin sualları cavablandırılıb.
Tehsil-press.az