Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi işçisi Aynurə Kərimova İtaliyanın Roma şəhərində keçirilən “Nanoscience and Nanotechnology 2023” konfransında “Polimer nanohissəciklər – çatdırılma sistemlərində alət kimi” mövzusunda məruzə ilə iştirak edib.
Tədqiqat işində dərmanların çatdırılması üçün polimer nanohissəciklərin xüsusiyyətlərinin qısa icmalı təsvir edilib. Məruzədə nanodaşıyıcıların müxtəlif dərman maddələrinin çatdırılması üçün çoxməqsədli platforma olması barədə məlumat verilib. Bununla yanaşı, nanohissəcik əsaslı dərman çatdırılması ilə bağlı imkanlar və çətinliklər də müzakirə olunub.
Tehsil-press.az