“Artemis 1” missiyası buraxıldıqdan 1 il keçsə də, NASA “Orion” gəmisindəki odadavamlı ekranın zədələnməsinin səbəblərini araşdırmağa davam edir.
Bu yoxlamalar bir neçə ay davam edə bilər. Noyabrın 17-də NASA-nın araşdırma sistemlərinin inkişaf etdirilməsi üzrə rəhbərinin müavini Cim Fri komitənin iclasında “Artemis 2” layihəsi üzrə planlardan söz açıb. O qeyd edib ki, problemlər tam araşdırılıb başa çatmayana və müvafiq dəyişikliklər edilməyənə qədər birinci pilot missiyanın buraxılması təxirə salınmalıdır.
Ötən ilin dekabrında yerinə yetirilən “Artemis 1” missiyasından sonra NASA rəhbərləri “Orion” kosmik gəmisinin odadavamlı ekranının atmosferə daxil olduqdan sonra gözlənildiyindən daha çox zədələndiyini qeyd ediblər. Lakin bu, gəmi üçün heç bir təhlükə yaratmayıb, çünki odadavamlı ekranın tərkibində hələ də ablativ materialın zəruri təbəqəsi mövcuddur.
NASA və onun podratçıları “Artemis 2” missiyasının elementləri üzərində iş aparırlar. Lakin problem meydana çıxarsa, missiya ilə bağlı bütün proseslərə və onun buraxılma müddətlərinə yenidən baxılacaq.
“Orion” gəmisindəki odadavamlı ekranın modifikasiyası və ya dəyişdirilməsi tələb olunarsa, bunun “Artemis 2” layihəsinə necə təsir edəcəyi məlum deyil. Ancaq missiyanın “Space Launch System” raketi və yerüstü sistemləri üzərində iş qrafikə uyğun davam edir.
SLS daşıyıcı raketinin yığılması və onun “Kennedi” Kosmik Mərkəzinə inteqrasiya edilməsi üçün vaxtın müəyyənləşdirilməsi ən vacib məsələlərdən biridir. Raketin buraxılması yalnız o, tam hazır olduqdan və “Artemis 1” missiyası ilə bağlı bütün problemlər aydınlaşdıqdan sonra icra oluna bilər.
Tehsil-press.az