Kamran Rəsulov: Hazırda peşə məktəblərinin pilot akkreditasiyası aparılır

Kamran Rəsulov: Hazırda peşə məktəblərinin pilot akkreditasiyası aparılır Hazırda peşə məktəblərinin pilot akkreditasiyası aparılır.
Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini, sədr vəzifəsinin müvəqqəti icraçısı Kamran Rəsulov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda söyləyib. O bildirib ki, proses bir neçə peşə təhsili müəssisəsində aparılır və dekabrda yekunlaşdırılması planlaşdırılır.
“Peşə təhsili müəssisəsinin akkreditasiyası 1 ay vaxt alır. Yanvar ayından ölkə üzrə peşə məktəblərində akkreditasiya prosesinə başlanılacaq”, - deyə Kamran Rəsulov qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər