Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Effektiv kommunikasiya” mövzusunda seminar-təlim keçirilib.
Seminar-təlimin keçirilməsində məqsəd Elm və Təhsil Nazirliyinin tabeliyindəki qurumların əsas fəaliyyət istiqamətləri barədə geniş məlumatlandırma işi aparmaq, media sahəsində peşəkar vərdişlərin inkişafına dəstək olmaq, qurumlar və media arasında kommunikasiyanın düzgün təşkili kimi mövzularla bağlı bilik və bacarıqları təkmilləşdirməkdir.
Tədbirdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli bu seminar-təlimin əhəmiyyətindən danışıb. Qeyd edib ki, həm media subyektləri, həm də Elm və Təhsil Nazirliyinin müxtəlif qurumları arasındakı mövcud şəbəkələşməni artırmaq da əsas məqsədlər sırasındadır.
Daha sonra nazirliyin Təhsil islahatlarının əlaqələndirilməsi şöbəsinin müdiri Leyla Xəlilova “Elm və Təhsil Nazirliyinin fəaliyyət planı: əsas strateji istiqamətlər”, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyət istiqamətləri”, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova “Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyət istiqamətləri” mövzularında təqdimatlar ediblər.
Seminar-təlim çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov “Peşə təhsili: uğurlar və yeni çağırışlar”, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini, sədr vəzifəsinin müvəqqəti icraçısı Kamran Rəsulov “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 2023-cü il ərzində fəaliyyət istiqamətləri” mövzusunda təqdimatlarla çıxışlar edib.
Tədbirdə Dövlət Proqramı çərçivəsində ABŞ-ın Cənubi Florida Universitetində doktorantura təhsili alan Lalə Orucovanın təqdimatında “Hekayə necə yaradılır?” mövzusunda təlim keçirilib.
Tehsil-press.az