Azərbaycan alimi beynəlxalq konfransda məruzə edib

Azərbaycan alimi beynəlxalq konfransda məruzə edib Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Almatı şəhərində keçilən beynəlxalq elmi-praktiki konfransda iştirak ediblər.
“Sel axınının təhlükəsizliyi - Kazsolezaşçitanın 50 illik fəaliyyəti: mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən tədbirdə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin struktur, ərazi və tabeli qurumlarının əməkdaşları, 9 xarici ölkədən elmi-tədqiqat institutu və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Geomorfologiya və təbii risklər şöbəsinin baş elmi işçisi coğrafiya elmləri doktoru, dosent Starə Tarixazər “Girdimançay və Ağsuçay çaylarının sel meyilli hövzələrinin sürüşməyə həssaslığının qiymətləndirilməsi üçün kəmiyyət üsullarının tətbiqi” mövzusunda məruzə edib. Çıxış konfrans iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.
Sonra iştirakçılar Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin “Kazselezashita” Dövlət Müəssisəsinin Almatı filialının fəaliyyəti ilə tanış olublar, Şımbulak Dağ Xizək Kurortuna, “Ulken Almatı”, Ayusay”, “Medeu” sel bəndlərinə baş çəkiblər, Kişi Almatı çay vadisindəki sel tələləri, uçqunla mübarizə qurğularını nəzərdən keçiriblər.
İnstitutun əməkdaşlarına “Qazaxıstan Selezaşçitanın 50 illik fəaliyyəti” xatirə medalları təqdim edilib.

Tehsil-press.az



Oxşar xəbərlər