Moskva Dövlət Universitetinin alimləri Coğrafiya İnstitutunda olublar

Moskva Dövlət Universitetinin alimləri Coğrafiya İnstitutunda olublar M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda olub.
Baş direktor professor Zakir Eminov elmi müəssisənin fəaliyyəti və alimləri haqqında məlumat verib.
MDU-nun Coğrafiya fakültəsinin Təbiətdən rasional istifadə kafedrasının müdiri professor Mixail Slipençuk həmmüəllif olduğu “XX əsrin Kolumbu” və “Andrey Kapitsa” kitabları haqqında təqdimatla çıxış edib. Bu kitablar uzun illər MDU-nun Coğrafiya fakültəsində kafedra müdiri işləmiş, Uzaq Şərq Elmi Mərkəzinin sədri, məşhur fizik, akademik Pyotr Kapitsanın oğlu, SSRİ EA-nın müxbir üzvü Andrey Kapitsanın həyatı, elmi, ictimai və təşkilati fəaliyyətinə həsr edilib.
Tədbirdə iştirak edən coğrafiya üzrə elmlər doktoru, professor Çingiz İsmayılov Antarktidanın ilk xəritəsinin hələ XII əsrdə ərəb coğrafiyaçı səyyahı Əli Mənsuri Əl-İdrisi tərəfindən tərtib edildiyini diqqətə çatdırıb.
Coğrafiya İnstitutunun şöbə müdiri professor Rza Mahmudov, coğrafiya elmləri doktoru Sitarə Tarixazər, şöbə müdirləri, coğrafiya elmləri doktorları Yelena Tağıyeva və Habil Haqverdiyev, elmi işçi Zülfəli Rəsulov və digərləri mövzuya dair fikirlərini bildiriblər, Antarktida ilə bağlı institutda görülən işlər barədə qonaqlara məlumat veriblər.

Tehsil-press.az



Oxşar xəbərlər