Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb.
Görüşdə Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev müasir cəmiyyətimizdə baş verən proseslərə üçüncü tərəfdən nəzər yetirmək, münasibət bildirmək baxımından aparılan sosial tədqiqat və sorğuların əhəmiyyətli olduğunu qeyd edib. O bildirib ki, Zahid Orucun rəhbərlik etdiyi Sosial Tədqiqatlar Mərkəzi cəmiyyətin sosial sifarişlərinin öyrənilməsi sahəsində önəmli rola malikdir.
STM-in İdarə Heyətinin sədri Zahid Oruc “Azərbaycan gəncliyinin barometri: dəyərləri, həyat tərzi və ictimai-siyasi aktivliyi” mövzusunda ictimai rəy sorğusunun nəticələri əsasında hazırlanmış tədqiqat layihəsini təqdim edib. Aparılan sosial tədqiqatların cəmiyyətimizdə olan dövrü dəyişiklikləri əks etdirdiyini deyən Zahid Oruc sosial medianın insanlara təsirinin çox olduğunu və hətta cəmiyyətimizdə güzgü funksiyasını yerinə yetirdiyini bildirib.
Görüş diskussiya şəklində, tələbələrin suallarının cavablandırılması ilə davam edib.
Tehsil-press.az