Cari ildə 50 bağçada keyfiyyət monitorinqi aparılıb.
Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib. O qeyd edib ki, monitorinqin hesabatları həm bağçaların təhlili, həm də çətinliklərin aradan qaldırılması üçün zəruri addımlar atılması istiqamətində yol xəritəsi rolu oynayır.
“Həmçinin bağçalarda idarənin təkmilləşdirilməsi üzrə qiymətləndirmə sənədləri hazırlanıb”,- deyə Tural Əhmədov fikrinə əlavə edib.
Tehsil-press.az