ADPU-da Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

ADPU-da Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş konfrans keçirilib.
Heydər Əliyev Mərkəzinin əməkdaşı Tərlan Ağayevin moderatorluğu ilə keçirilən konfrans Ulu Öndərin və şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlanıb.
Daha sonra İncəsənət və fiziki tərbiyə fakültəsinin xorunun ifasında “Ulu Öndər” mahnısı səslənib.
Tədbirdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov bildirib ki, başa çatmaqda olan 2023-cü ilin ən mühüm hadisələrindən biri Ümummilli Lider Heydər Əliyevin 100 illiyinin qeyd edilməsi olunub. İl ərzində Pedaqoji Universitetdə əlamətdar yubileyə həsr olunmuş müxtəlif tədbirlər - konfranslar, dəyirmi masalar, seminarlar, sərgilər və s. keçirilib, ayrı-ayrı fakültələrin 1000-dək tələbəsini əhatə edən “Heydər Əliyev dərsləri” təşkil olunub.
C.Cəfərov vurğulayıb ki, XX əsrin sonu - XXI əsrin əvvəllərində Azərbaycana Heydər Əliyev kimi təcrübəli bir dövlət başçısının rəhbərlik etməsi xalqımızı böyük bəlalardan qurtardı. Məhz Heydər Əliyevin müdrikliyi, iradəsi və qətiyyəti sayəsində vətəndaş müharibəsi və etnik separatizm təzahürlərinin qarşısı alındı, hakimiyyəti zorakı yollarla devirmək praktikasına birdəfəlik son qoyuldu, ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar edildi. Aparılan köklü islahatlar bazar iqtisadiyyatına tədrici keçidi, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin görülməsini təmin etdi.
Tədbirdə Ümummilli Liderə həsr olunmuş sənədli film nümayiş edilib. Sonra “Heydər Əliyev və Azərbaycanda dinlərarası dialoq”, “Türk dünyasının birliyinin möhkəmlənməsində Heydər Əliyevin rolu”, Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” mövzusunda məruzələr dinlənilib.
Sonda “Meh” ədəbi dərnəyinin üzvləri çıxış ediblər.

Tehsil-press.az



Oxşar xəbərlər