Elmi-praktik konfrans: Tarix yazan lider - Heydər Əliyev

Elmi-praktik konfrans: Tarix yazan lider - Heydər Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tarix üzrə fəlsəfə doktoru Təhminə Əliyevanın moderatorluğu ilə “Tarix yazan lider - Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfrans Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən Quba filialının direktoru dosent Yusif Alıyev vurğulayıb ki, müasir müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir və onun xalqımız qarşısında ən böyük xidmətlərindən biri də özündən sonra layiqli siyasi lider yetişdirməsidir.
“Bu gün hamımız Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında məhz Ulu Öndərin görmək istədiyi firavan və qüdrətli Azərbaycanda yaşayırıq”, – deyə direktor qeyd edib.
Tədbirdə çıxış edən Əməkdar mədəniyyət işçisi, filialın Humanitar elmlər kafedrasının müəllimi Elza Orucova vurğulayıb ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən ölkədə canlanma baş verdi. Hər sahədə uğurlar qazanıldı. Hələ sovet dövründə Heydər Əliyev Azərbaycana lazım olan kadrların yetişməsi üçün gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almasına imkanlar yaratdı.
Daha sonra filialın tələbələri- Günəş İskəndərov, Röya Manafova, Məhəmməd Qəhrəmanlı və Rəşad Abdullayev çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat yolundan, Azərbaycan xalqı, vətəni üçün gördüyü işlərdən danışıblar.

Tehsil-press.az



Oxşar xəbərlər