UNICEF uşaqlara yardım üçün 9,3 milyard dollar ayırmağa çağırıb

UNICEF uşaqlara yardım üçün 9,3 milyard dollar ayırmağa çağırıb Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) dünya üzrə humanitar böhrandan əziyyət çəkən 94 milyon uşağa dəstək üçün 2024-cü ildə 9,3 milyard dollarlıq yardımla bağlı çağırış edib.
“Dünyada misli görünməmiş humanitar böhranlarla üzləşən uşaqların sayının təşviş doğurucu səviyyədə artmasına cavab olaraq, UNICEF, 155 ölkədə ən azı 93,7 milyon uşaq üçün 9,3 milyard dollar məbləğində təcili maliyyə vəsaitinə ehtiyacla bağlı çağırış edir”, - məlumatda bildirilib.
UNICEF-in Uşaqlara Humanitar Yardım proqramı çərçivəsində gələn il qızılcaya qarşı peyvənd olunan uşaqların sayının 17,3 milyon nəfərə çatdırılması, 19,3 milyon nəfərin təhsil, 52,4 milyon nəfərin isə su ilə əlyetərliyinin təmin olunması planlaşdırılır.
Yardım üçün beş ən böyük çağırışa 1,44 milyard dollara ehtiyacı olan Əfqanıstan, Suriyada olan qaçqınlar və digər həssas əhali, Sudan, Konqo Demokratik Respublikası, habelə Ukrayna və Fond tərəfindən ən azı 580 milyon dollarlıq maliyyənin ayrılması tələb olunan ukraynalı qaçqınlar üçün tədbirlər daxildir.

Tehsil-press.az


Oxşar xəbərlər