Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanın paytaxtı Daşkənd şəhərinə səfər edib. Nümayəndə heyətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Fuad Axundov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva və AMEA Rəyasət Heyəti aparatının şöbə müdiri Ağahüseyn Şükürov təmsil olunublar.
Azərbaycan nümayəndə heyəti Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Cədidlik: milli kimlik, müstəqillik və dövlətçilik ideyaları” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak edib. Daşkənd Konqres Mərkəzində keçirilən tədbirin açılış mərasimində əvvəlcə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin konfrans iştirakçılarına müraciəti səslənib. Sonra Özbəkistan Respublikası Prezidentinin köməkçisi Saida Mirziyoyeva çıxış edib.
Özbəkistanda cədidlik hərəkatına həsr olunmuş videoçarx nümayiş olunduqdan sonra Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanışbek Omualiyev və Miçiqan Dövlət Universitetinin fəxri doktoru, cavidşünas alim Temur Xocaoğlu çıxış ediblər.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli üzərində Azərbaycanın xəritəsi və “Dəmir yumruq” təsviri əks olunan xatirə hədiyyəsini Özbəkistan Respublikası Prezidentinin köməkçisi Saida Mirziyoyevaya təqdim edib.
Ölkəmizin nümayəndə heyəti adından tədbir iştirakçılarını salamlayan AMEA prezidenti akademik İsa Həbibbəyli “Cədidlik və cədidlər: maarifçilikdən milli istiqlala” mövzusunda məruzə ilə çıxış edib. Qardaş Özbəkistanda keçirilən beynəlxalq elmi konfransın yeniləşmə proseslərinin tarixi gedişatını, şanlı ənənələrini daha dərindən öyrənməklə yanaşı, dünya təcrübəsini də araşdırıb təhlil etməyə imkan yaratdığını qeyd edən akademik İsa Həbibbəyli müstəqil dövlətçilik ideallarının, milli dövlətçilik ideologiyasının formalaşması və inkişaf etdirilməsi baxımından cədidlik mövzusunun zəngin material verdiyini diqqətə çatdırıb.
Azərbaycanda cədidlik - yeniləşmə hərəkatının XIX əsrin ortalarından başlandığını bildirən AMEA rəhbəri vurğulayıb ki, XIX əsrin sonlarında İsmayıl bəy Qaspralının “Dildə, fikirdə və işdə birlik” ideyası cədidlik hərəkatının epiqrafı kimi səslənib. Türküstanda isə cədidlik hərəkatının inkişafında özbək maarifçilərinin böyük xidmətləri olub ki, cədidlik zaman-zaman Özbəkistanda vətənpərvərlik və milli azadlıq hərəkatı səviyyəsinə yüksəlib. Beləliklə, müstəqil Özbəkistan Respublikası son yüz il ərzində çətin şəraitdə mövcudluğunu qoruyaraq inkişaf edən cədidlik: maarifçilik və milli istiqlalçılıq idealları əsasında qurulub.
Akademik İsa Həbibbəyli qardaş Özbəkistanın Vətən müharibəsindən sonra Azərbaycanın Füzuli şəhərində nümunəvi məktəb kompleksi inşa etməsini liderlərimiz və xalqlarımız arasındakı həmrəyliyin və birliyin əhəmiyyətli hadisələri kimi yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Açılış mərasimindən sonra konfrans işini bölmələrdə davam etdirib.
Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirələrdə yaxından iştirak ediblər. Həmçinin AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Faiq Ələkbərovun “İsmayıl bəy Qaspralının cədidlik və “dildə, fikirdə və əməldə birlik” fəlsəfəsi” mövzusunda məruzəsi maraqla qarşılanıb.
“Cədidlər: milli kimlik, müstəqilik və dövlətçilik ideyaları” mövzusunda keçirilən beynəlxalq elmi konfransda ümumilikdə 60-dan çox məruzə dinlənilib.
Tədbirdə özbək araşdırmaçıları ilə yanaşı Azərbaycan, Türkiyə, Qazaxıstan, Yaponiya və ABŞ-dan gəlmiş nüfuzlu alim və tədqiqatçılar iştirak ediblər.
Qeyd edək ki, akademik İsa Həbibbəyli Özbəkistan televiziya kanallarına müsahibə verib. Beynəlxalq tədbirdə Azərbaycan nümayəndələrinin iştirakı qardaş ölkə mediası tərəfindən geniş işıqlandırılıb.
Tehsil-press.az