AMEA-nın, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Ədəbiyyat Fondunun birgə təşkilatçılığı ilə görkəmli alim, Əməkdar elm xadimi, Əməkdar müəllim, akademik Feyzulla Qasımzadənin anadan olmasının 125 illiyinə həsr olunmuş “Akademik Mirzə Feyzulla Qasımzadə: iki zirvənin fatehi – alim və müəllim” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, AYB İdarə Heyətinin üzvü, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri Varis Yolçuyev görkəmli alimin mənalı ömür yolundan, çoxşaxəli fəaliyyətindən danışıb.
Akademik F.Qasımzadənin yaradıcılığını yüksək qiymətləndirən Varis Yolçuyev onun şəxsiyyət bütövlüyünə, zəngin daxili mənəviyyata malik alim və pedaqoq olduğunu vurğulayıb. Bildirib ki, neçə-neçə mütəfəkkirlərimiz müstəqil tədqiqat predmeti kimi Feyzulla Qasımzadə tərəfindən araşdırılıb.
AYB-nin katibi, Xalq yazıçısı Çingiz Abdullayev görkəmli ədiblərin yaradıcılıq yolunun gənc nəslə tanıdılması və təbliği baxımından bu cür tədbirlərin əhəmiyyətini qeyd edib.
Elm aləmində xidmətləri ilə seçilən, Azərbaycan ədəbiyyatşünaslığını dünya səviyyəsinə çıxaran akademik Feyzulla Qasımzadənin zəngin elmi irsi barədə məlumat verən Çingiz Abdullayev onun milli elmi kadrların hazırlanması, gənc nəslin yetişdirilməsi sahəsindəki xidmətlərindən bəhs edib. Bildirib ki, görkəmli alimin rəhbərliyi ilə 30 elmlər doktoru, 120-dən çox elmlər namizədi yetişdirilib.
Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı ədəbiyyatşünaslıq elminin yaradıcılarından olan akademik Feyzulla Qasımzadənin elmi-pedaqoji fəaliyyətindən danışıb, onun böyük bir elmi məktəb yaratdığını söyləyib. Bildirib ki, F.Qasımzadə Azərbaycan ədəbiyyatı tarixinin, xüsusilə də XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin araşdırılaraq elmi müstəviyə gətirilməsində və təbliğ olunmasında müstəsna xidmətlər göstərib.
Akademik Feyzulla Qasımzadənin ədəbiyyatşünas alim olmaqla yanaşı, Azərbaycan ədəbiyyatını sistemləşdirərək ali məktəblər üçün dərslik hazırlayan, bütöv bir ədəbiyyatşünas və tənqidçilər nəsli yetişdirən böyük bir pedaqoq olduğunu deyən Sabir Rüstəmxanlı onun gərgin elmi axtarışlarının nəticəsi olan “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” dərsliyini həmin dövrün ədəbiyyatının öyrənilməsi baxımından əvəzolunmaz elmi mənbə hesab edib.
Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov bildirib ki, Feyzulla Qasımzadə Azərbaycan ədəbi-elmi fikrində ədəbiyyat tarixçisi kimi tanınan ilk alimlərdən biridir. XIX əsr Azərbaycan ədəbiyyatının tədqiqi bilavasitə onun adı və fəaliyyəti ilə bağlıdır.
Akademik Nizami Cəfərov Feyzulla Qasımzadənin türk ədəbiyyatına, Osmanlı ədəbiyyatına, hətta aşıq ədəbiyyatına dərindən bələd olduğunu diqqətə çatdırıb. Bildirib ki, akademik Feyzulla Qasımzadənin namizədlik dissertasiyası Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığı barədə olub və o, ədibin yaradıcılığını sistemli şəkildə dərindən araşdırıb.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli isə çıxışında Feyzulla Qasımzadənin klassik ədəbiyyatşünas alim kimi ədəbiyyat tariximizdə müstəsna və özünəməxsus yer tutduğunu vurğulayıb. Bildirib ki, XIX əsrə aid əlyazmalar üzərində işləyən görkəmli alim həmin dövr Azərbaycan ədəbiyyatının nümayəndələri ilə ünsiyyətdə olmuş şəxslərdən dinlədiyi məlumatlar əsasında ideologiyadan uzaq sanballı əsərlər ortaya çıxarıb.
Tədbirdə Xalq artisti Oqtay Mirqasımov, professor Himalay Qasımov, filologiya elmləri doktorları Təyyar Salamoğlu, Yeganə İsmayılova və başqaları akademik Feyzulla Qasımzadənin Azərbaycan ədəbiyyatı tarixinin araşdırılmasında və təbliğindəki müstəsna xidmətlərindən danışıblar.
Sonda mərhum alimin qızı Nigar Qasımzadə və nəvəsi biologiya elmləri doktoru Tubuxanım Qasımzadə akademik Feyzulla Qasımzadənin xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını bildiriblər.
Tehsil-press.az