Bu ilin aprel ayında Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamdan irəli gələn məsələlərlə bağlı AMEA-nın “Təbirlər planı”na əsasən, Mərkəzi Elmi Kitabxana (MEK) tərəfindən akademik Zərifə Əliyevanın biblioqrafiyası hazırlanıb və nəşr edilib.
Göstəricidə görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın şərəfli və mənalı həyat yolu, elmi əsərlərinin biblioqrafiyası, göz xəstəlikləri sahəsindəki yüksəkixtisaslı həkim və alim kimi səmərəli, yorulmaz, real elmi və praktiki fəaliyyəti, nümunəvi obrazı öz əksini tapıb.
Nəşrin elmi redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, redaktorları akademik İradə Hüseynova, professor Məmməd Əliyev, ixtisas redaktoru Xuraman İsmayılova, tərtibçiləri MEK-in əməkdaşı Nərgiz Novruzova, dosentlər Tubuxanım Qasımzadə və Afiq Məmmədovdur.
Biblioqrafik göstərici tibb sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Tehsil-press.az