UNEC ilə İstanbul Texniki Universiteti əməkdaşlıq edəcək

UNEC ilə İstanbul Texniki Universiteti əməkdaşlıq edəcək Türkiyənin İstanbul Texniki Universitetinin (İTU) rektoru professor İsmayıl Koyuncunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradovun və struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə İTU-nun nümayəndə heyətinə UNEC-də tədris edilən ixtisaslar, ikili diplom proqramları, beynəlxalq reytinq, ixtisaslaşmış laboratoriyalar və s. barədə ətraflı məlumat verilib.
Sonra iki universitet arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Görüşdə UNEC ilə İTU-nun beynəlxalq reytinqlərdə mövqelərinin daha da yüksəldilməsi, ikili diplom proqramlarının həyata keçirilməsi, mühəndislik, informasiya texnologiyaları ixtisasları üzrə mütəxəssis hazırlığı, müəllim-tələbə mübadiləsi və digər istiqamətlərdə əməkdaşlıq barədə razılıq əldə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər