ADPU-da Heydər Əliyevin 100 illiyi münasibətilə hazırlanan 6 kitab təqdim olunub

ADPU-da Heydər Əliyevin 100 illiyi münasibətilə hazırlanan 6 kitab təqdim olunub Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin əməkdaşları tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırlanmış 6 kitabın təqdimatı keçirilib.
Təqdimat mərasimində Pedaqoji Universitetin rəhbərliyi və professor-müəllim heyəti ilə yanaşı millət vəkilləri və tanınmış ziyalılar iştirak ediblər.
Tədbirdə ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynovanın “Baxış bucağı: Heydər Əliyev və strateji azərbaycançılıq”, prof. Mahirə Hüseynova və prof. Sayalı Sadıqovanın “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası”, Filologiya fakültəsinin dekanı, dosent əvəzi Könül Həsənova və dos. Nazilə Abdullazadənin “Zəkanın və milli yaddaşın təntənəsi” (Azərbaycan və ingilis dillərində), prof. Təyyar Salamoğlu və dos. Razim Məmmədovun “Ümummilli Liderin ədəbiyyat strategiyası”, prof. Təyyar Salamoğlunun “Ədəbiyyat və siyasət” və prof. Elman Quliyevin “Haydar Aliyev ve türk dünyası” (türk dilində) kitabları təqdim olunub.
Prof. Mahirə Hüseynovanın moderatorluğu ilə keçirilən təqdimat mərasimində çıxış edənlərdən ADPU-nun rektoru, prof. Cəfər Cəfərov, millət vəkilləri Məlahət İbrahimqızı, Şahin İsmayılov, Naqif Həmzəyev, Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri, prof. Vahid Novruzov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, prof. Sayalı Sadıqova, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, prof. Asəf Zamanov, müəlliflər və digərləri Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitabların əhəmiyyətindən, hazırlanan əsərlərdə elmi tədqiqata cəlb olunan əsas məsələlərdən söz açaraq ADPU-nun Filologiya fakültəsinin kollektivinə təşəkkürlərini bildirib və bu əsərləri ali məktəblərdə Heydər Əliyev irsinin tədqiqi işinə dəyərli töhfə kimi qiymətləndiriblər.

Tehsil-press.az




Oxşar xəbərlər