“Heydər Əliyev və intellektual potensialın inkişaf dinamikası” – elmi konfrans

“Heydər Əliyev və intellektual potensialın inkişaf dinamikası” – elmi konfrans Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Heydər Əliyev və intellektual potensialın inkişaf dinamikası” mövzusunda respublika elmi konfransı keçirilib.
Konfransda giriş nitqi söyləyən universitetin rektoru professor Cəfər Cəfərov Ümummilli Lider Heydər Əliyevin hələ Azərbaycana rəhbərlik etməyə başladığı birinci dövrdən etibarən həyata keçirdiyi məqsədyönlü siyasətin mühüm tərkib hissələrindən birinin ölkənin elmi-intellektual potensialının və elmi infrastrukturunun inkişaf etdirilməsi olduğunu diqqətə çatdırıb. Rektor qeyd edib ki, bu siyasət Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün də ardıcıl surətdə davam və inkişaf etdirilir.
Sonra ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov “Heydər Əliyev və Azərbaycan elmi”, Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev “Heydər Əliyev və siyasi elitanın formalaşması”, konfransda onlayn formatda iştirak edən Hotenburq Universitetinin dosenti, İsveçdə “Qobustan Azərbaycan Aydınları” Ocağının başqanı Səadət Kərimi “Heydər Əliyev və Azərbaycan diasporunun formalaşması”, “Səs” qəzetinin baş redaktoru, “SƏS” media qrupunun rəhbəri Bəhruz Quliyev “Heydər Əliyev və müstəqil medianın inkişafı”, ADPU-nun Heydər Əliyev Mərkəzinin müdiri Tahir Süleymanov isə “Azərbaycan dövlətçiliyi tarixində Heydər Əliyevin rolu” mövzularında məruzələrlə çıxış ediblər.
Yekunda məruzələr ətrafında müzakirələr aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər