SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) "PAŞA Sığorta" şirkətinin keçirdiyi hakaton müsabiqəsinin qaliblərinin adları açıqlanıb və onların mükafatları təqdim olunub.
Bununla bağlı keçirilən tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və "PAŞA Sığorta" şirkətinin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova qalibləri təbrik edərək onlara uğurlar arzulayıblar.
Bildirilib ki, "PAŞA Sığorta" şirkətinin keçirdiyi hakaton müsabiqəsində I yerin sahibi Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının tələbələri İsmayıl Məmmədzadə, Əli Məhərrəmli və Nadir İsgəndərovdan ibarət "Karma" komandası olub. Komanda 4 000 manat məbləğində pul mükafatı qazanıb. II yerə "Phaster" komandası, III yerə isə "Eclipse" komandası layiq görülüb.
Bakı Ali Neft Məktəbində noyabrın 18-19-da keçirilən hakaton müsabiqəsində müxtəlif universitetlərdə təhsil alan tələbələrdən ibarət komandalar yarışıblar. Ümumilikdə hakatona 70-ə yaxın komanda müraciət edib, 33 komanda dəvət alıb, sonda isə 22 komanda mübarizə aparıb.
Tehsil-press.az