Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzində Gənc Məzunlar Assosiasiyasının (GMA) təşkilatçılığı ilə “Sinfin idarə olunması” mövzusunda təlim keçirilib.
GMA-nın Nəzarət-Təftiş Komissiyasının sədri Turan Kərimli Assosiasiyanın qısa zaman ərzində məzunlar və tələbələr arasında təcrübə mübadiləsinin təşkili, qarşılıqlı əlaqələrin qurulması istiqamətində bir sıra işlər gördüyünü diqqətə çatdırıb.
Təlimdə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) İdarə Heyətinin sədri Rüfət Əsədzadə və ADA məktəbinin müəllimi, ADPU-nun bakalavr, Çinin Zhejiang Normal Universitetinin magistr məzunu Səkinə Həsənova şəxsi müəllimlik təcrübələri əsasında şagirdlərə yanaşma, səmimi sinif mühitinin, qarşılıqlı hörmət və etidmadın yaradılması yolları haqqında məlumat verib.
Təlim tələbələri maraqlandıran sualların müzakirəsi ilə davam edib.
Tehsil-press.az