Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kimya və biologiya fakültəsinin təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycanda pedaqoji təhsilin inkişaf perspektivləri” mövzusunda elmi seminar keçirilib.
Seminarda ADPU-nun rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova və professor-müəllim heyəti iştirak edib.
Seminarda Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov Ulu Öndər Heydər Əliyevin dünyamiqyaslı siyasətindən, onun bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşmasından, müəllim peşəsinin dəyərləri və ideal müəllim modelindən danışıb. O, həminin Prezident İlham Əliyevin Azərbaycan təhsilinin inkişafı üçün apardığı uğurlu təhsil islahatlarından bəhs edib.
Sonra mövzu ətrafında çıxışlar dinlənilib.
Tehsil-press.az