Özbəkistan Respublikasının Əlişir Nəvai adına Dövlət Pedaqoji İnstitutunun dekanı Dilara Şamiyeva, kafedra müdiri Feruza Jumayeva və dosent Gülsanam Horovanın Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri ilə görüşü keçirilib.
Qonaqlar əvvəlcə ADPU-nun rektoru professor Cəfər Cəfərov və universitetin elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov ilə görüşüblər.
Daha sonra Pedaqoji Universitetin professor-müəllim və tələbə kollektivi ilə görüş keçirilib. Görüşdə hər iki ali təhsil ocağının fəaliyyəti haqqında geniş məlumat verilib. Qonaqlar 2017-ci ildən fəaliyyət göstərən Türksoy kafedrasının fəaliyyəti ilə tanış olublar.
Yekunda ADPU ilə Əlişir Nəvai adına Dövlət Pedaqoji İnstitutu arasında elm və təhsil sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb.
Tehsil-press.az