Alimlər elektron dequstator hazırlayıblar

Alimlər elektron dequstator hazırlayıblar Cənubi Koreyanın KAIST Universitetindən və DGIST Elm və Texnologiya İnstitutundan olan mühəndislər qrupu süni intellekt texnologiyalarının köməyi ilə dil reseptorlarının imkanlarını imitasiya edən süni dad sensoru hazırlayıblar.
Tədqiqatın nəticələri “ACS Applied Materials & Interfaces” (ACSAMI) elmi jurnalında dərc edilib.
Komanda duzluluğun, turşməzəliyin, acılığın və şirinliyin miqdarını ölçmək üçün dörd ayrı ötürücüdən istifadə edib, eləcə də dad təhlili üçün fərdi maşın təlimi alqoritmini tətbiq edib. “Elektron dili” olan süni intellekt-somelye təqdim olunan içkiləri 95 faizdən çox dəqiqliklə təsnif edib və oxşar dadlarda şərabların seçilməsi üzrə tövsiyələr verib.
Bu sistemdən sənayenin müxtəlif sahələrində, o cümlədən yeyinti, likör-araq, kosmetika və əczaçılıq sahələrində tətbiq olunacağı gözlənilir.

Tehsil-press.az



Oxşar xəbərlər