IELS 2025-in sınaq mərhələsində Bakı və Sumqayıt üzrə 600-dək təhsilalan iştirak edəcək

IELS 2025-in sınaq mərhələsində Bakı və Sumqayıt üzrə 600-dək təhsilalan iştirak edəcək IELS 2025-in (Beynəlxalq Erkən Öyrənmə və Uşaq Nailiyyəti Tədqiqatı) sınaq mərhələsinin təşkilinə başlanılıb.
Beynəlxalq tədqiqatın sınaq mərhələsinin 2024-cü ilin fevral–mart aylarında keçirilməsi nəzərdə tutulub. Sınaq mərhələsində Bakı və Sumqayıt şəhərləri üzrə 40 təhsil müəssisəsindən 600-ə yaxın təhsilalanın iştirakı planlaşdırılıb. Ölkə üzrə 5 yaşlı uşaqların bilik və bacarıqlarını ölçməyə, həmçinin digər ölkələrdəki eyniyaşlı uşaqların səriştələri ilə müqayisə aparmağa imkan yaradan IELS İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı tərəfindən keçirilir.
Qeyd edək ki, Azərbaycan IELS tədqiqatında ilk dəfə iştirak edir.

Tehsil-press.az


Oxşar xəbərlər