PISA 2022 tədqiqatının əsas mərhələsinə azərbaycanlı şagirdlər də qoşulacaqlar

PISA 2022 tədqiqatının əsas mərhələsinə azərbaycanlı şagirdlər də qoşulacaqlar Azərbaycanda təhsil alan 15 yaşlı şagirdlər Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatı – PISA 2022-nin (Programme for International Student Assessment) əsas mərhələsində iştirak edəcəklər.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən 3 ildən bir təşkil olunan tədqiqat 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və elm sahələri üzrə məktəbdə qazandığı biliklər[/right]dən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmək bacarıqlarını ölçür. PISA 2022 tədqiqatında şagirdlərin oxu, riyaziyyat və elm sahələri ilə yanaşı, yaradıcı düşünmə ilə əlaqədar bilik və bacarıqları da qiymətləndiriləcək.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycan PISA-2022 tədqiqatının sınaq mərhələsində iştirak edib. Bakı üzrə 63 məktəb, 2800-dən çox şagird, 1100-dən çox müəllim, 63 məktəb direktoru qiymətləndirməyə qoşulub.

Tehsil-press.az



Oxşar xəbərlər