Türkiyədə iki mindən çox qanunsuz miqrant saxlanılıb

Türkiyədə iki mindən çox qanunsuz miqrant saxlanılıb Türkiyədə qanunsuz miqrasiyaya qarşı növbəti genişmiqyaslı əməliyyat keçirilib.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Məlumata əsasən, ölkənin 27 vilayətindəki 57 ayrı-ayrı nöqtədə “Qalxan-7” əməliyyatı keçirilib. Nəticədə 2155 qanunsuz miqrant saxlanılıb.
Əməliyyat zamanı insan qaçaqçılığı ilə məşğul olması şübhəsi ilə 80 nəfər nəzarətə alınıb.

Tehsil-press.az



Oxşar xəbərlər