Ermənipərəst senatora qarşı yeni ittihamlar irəli sürülüb

Ermənipərəst senatora qarşı yeni ittihamlar irəli sürülüb Qatı ermənipərəst mövqeyi ilə tanınan Nyu-Cersi ştatından olan senator Robert Menendesə qarşı rüşvət alma və Qətər üçün işləmə ilə bağlı əlavə ittihamlar irəli sürülüb.
Bu, Nyu-York ştatının Cənub dairəsi məhkəməsinin bazasında dərc edilmiş sənədlərdə göstərilib.
Senator Qətər hökuməti ilə əlaqədə olan şirkətdən çoxmilyonlu investisiyaların alınmasında maraqlı olan Nyu-Cersi ştatından olan iş adamı vasitəsilə rüşvət qismində qiymətli əşyalar, pul, Formula 1 dünya çempionatına biletlər və qiyməti 10 min dollardan 24 min dollara qədər olan saatlar alıb. Bunun müqabilində Menendes “Qətər hökumətinin xeyrinə hərəkət etməli olub”.
2023-cü ilin sentyabrında Menendesə qarşı senatorun özünün və həyat yoldaşı Nadin Arslanyanın Nyu-Cersi ştatından olan üç iş adamı ilə korrupsiya əlaqələrinə cəlb olunması və rüşvət qismində yüz minlərlə dollar alınması ilə bağlı ittihamlar irəli sürülüb. Daha sonra ABŞ-ın Ədliyyə Nazirliyi Menendesin qeyri-rəsmi xarici agent qismində Misir üçün işləməsi ilə bağlı ona qarşı ittiham irəli sürüb.
Prokurorluğun məlumatına görə, Menendes hökumətlə bağlı mühüm məlumat təqdim edib və Misirin maraqlarından çıxış edərək, ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına təzyiq göstərib. Xüsusilə, o, Misirə hərbi sahədə tədarük və yardımla bağlı icra hakimiyyətinin qərarlarına təsir edə bilirdi.

Tehsil-press.az



Oxşar xəbərlər