“ABŞ Dövlət Departamentinin dini azadlıqların vəziyyəti ilə bağlı hesabatında Azərbaycana qarşı irəli sürülən iddiaların ölkəmizdəki reallıqla heç bir əlaqəsi yoxdur. Tarix boyu Azərbaycanda, eləcə də bütün türk torpaqlarında hökm sürən tolerantlıq və insanpərvərlik dünyanın bütün ölkələrində ən yüksək dini azadlıq örnəyi kimi qəbul olunub. Azərbaycan multikulturalizmi Qərb dünyasında öyrənilən və tətbiq olunmasına çalışılan bir fenomendir. Bunların fonunda Dövlət Departamentinin belə bir qeyri-obyektiv dəyərləndirməsi yalnız siyasi motivlərlə bağlıdır”.
Bu sözləri Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
Onun sözlərinə görə, ötən ilin 19-20 sentyabr tarixlərində Azərbaycanın Qarabağ ərazisində keçirdiyi antiterror tədbirləri digər güc mərkəzləri kimi ABŞ-nin də maraqlarına uyğun deyildi:
“Üstəlik, Azərbaycanın xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçirilməsi nəzərdə tutulmuş görüşdən imtina etməsi də, ABŞ Dövlət Departamentini qıcıqlandırmaya bilməzdi. Bu kimi hallar ABŞ administrasiyasının Azərbaycana qarşı qeyri-obyektiv iradlar irəli sürməsi ilə müşaiyət olunur. Əlbəttə, bəzi amerikalı diplomatlar bu qiymətləndirməni ermənilərin Qarabağı tam şəkildə tərk etməsi ilə izah etməyə çalışacaqlar. Amma bütün dünyaya məlumdur ki, ermənilərin Qarabağı tərk etməsi heç də dini dözümsüzlüklə bağlı deyil. Onlar Ermənistan hakimiyyətinin və Qarabağda kök salmış separatçıların uzun illər davam edən terror və işğal siyasətinin qurbanlarıdır. Buna görə isə bütün məsuliyyəti Azərbaycan yox, məhz Ermənistan və Qarabağ erməniləri özləri daşıyır”,
Deputat bildirib ki, bütün bunları ABŞ Dövlət Departamenti də çox yaxşı bilir:
“Lakin biz də onu bilirik ki, “realpolitik” ənənələrinə sadiq ABŞ öz maraqlarını təmin etmək üçün uydurma səbəblər göstərməklə digər dövlətlərə qarşı təzyiq siyasətindən imtina etməyib və etmək fikrində də deyil. Ona görə də bu cür qeyri-obyektiv dəyərləndirmələrə təəccüblənmək lazım gəlmir”.
Tehsil-press.az