Ermənistan tərəfi qeyri-qanuni şəkildə Suriyadan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə köçürür.
Bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev qeyd edib ki, Ermənistan tərəfi humanitar siyasət adı altında öz çirkin məqsədlərini həyata keçirərək Surayadan erməniləri işğal edilmiş Azərbaycan ərazilərinə köçürürlər. PA rəsmisi qeyd edib ki, Ermənistan tərəfi beynəlxalq humanitar qanunları kobud şəkildə pozur və erməniləri heç vaxt yaşamadıqları Azərbaycan ərazilərinə köçürürlər.
H.Hacıyev vurğulayıb ki, beynəlxalq qanunlara əsasən insanları kütləvi şəkildə münaqişə zonasına köçürmək yolverilməzdir. Lakin Ermənistan tərəfi buna məhəl qoymur və öz qanunsuz fəaliyyətini davam etdirir:
“Bu bir daha göstərir ki, Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına maraqlı deyil”.
Tehsil-press.az